Ukraynanın keçmiş müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Kiyev artıq müharibənin tezliklə başa çatacağını gözləmir.
Globalinfo.az xəbər verir ki, o bu barədə “The Times” qəzetinə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, ölkədə Rusiya ilə müharibənin illərlə davam edə biləcəyi ilə bağlı real şüur formalaşır.
Reznikov qeyd edib ki, ukraynalılar sülhün yalnız Rusiya prezidenti Vladimir Putinin ölməsi və ya istefa verməsindən sonra mümkün olacağını başa düşməyə başlayıblar.
“İndi diqqət danışıqlara və ya kompromislərə deyil, uzunmüddətli qarşıdurmaya hazırlaşmağa yönəlib”, – deyə o bildirib.
Keçmiş nazirin bu bəyanatı Ukraynada və Qərbdə müharibəyə yanaşmanın dəyişməyə başladığını göstərir. Artıq daha çox analitik və siyasətçi bu münaqişənin qısa zamanda həll olunacağına inanmır.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın sabiq prezidenti Donald Tramp da Ukraynaya müdafiə silahlarının göndərilməsinə razılıq verdiyini təsdiqləyib. Bu bəyanatlar, münaqişənin hələ uzun müddət davam edəcəyini və hər iki tərəfin strateji mövqelərini yenidən nəzərdən keçirdiyini göstərir.
Tahir Turan