ABŞ prezidenti Donald Tramp Nazirlər Kabinetinin iclasında Ukraynaya hərbi tədarükün dayandırılması barədə qərarı qəbul edən şəxsin adını çəkə bilməyib.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə ona verilən sualı cavablandırmayıb.
“Heç bir fikrim yoxdur, siz mənə deyin. Mənə bu barədə sual verməyin”, – deyə Tramp bildirib.
Qeyd edək ki, CNN-in Vaşinqtondakı mənbəsi bildirmişdi ki, Tramp administrasiyası Ukraynaya silah, o cümlədən Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin verilməsini müzakirə edəcək.