alb

Azərbaycanlı müğənni Albina Pyakşevanın ABŞ-Meksika sərhədində öldürüldüyü haqda xəbərlər yayılıb.

Globalinfo.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva yeni açıqlama yayaraq müğənninin sağ olduğunu bildirib.

“Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır”, – deyə o paylaşımında yazıb.

Əlavə edək ki, Albinanın yaxın dostlarından biri APA-ya açıqlamasında onun ölümü ilə bağlı iddiaları təkzib edib.

Qeyd edək ki, bir neçə saat əvvəl L.Əfəndiyeva feysbuk hesabında müğənninin ABŞ-Meksika sərhədini keçərkən öldürüldüyünü bildirmişdi.

alvbi

Globalinfo.az

Paylaş: