WhatsApp Image 2025 06 03 at 15.51.59

“NATO fəal şəkildə Rusiya ilə birbaşa toqquşmaya hazırlaşır və hərbi potensialını artırmağı planlaşdırır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov deyib.

O qeyd edib ki, NATO-nun son sammitində ölkələrin yenidən silahlanması proqramı təsdiq edilib:

“Buna əsasən Alyansın hərbi potensialının və silah istehsalının artırılması nəzərdə tutulur. Bundan əlavə, 2023-cü ildə qəbul edilmiş və Rusiyanın NATO-ya mümkün hücumunu dəf etməyə yönəlmiş regional müdafiə planları ilə bağlı qərarlar qəbul edilib”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: