Genişmiqyaslı müharibə başkayandan bəri Rusiya Ukraynaya qarşı 28743 ədəd “Şahed” tipli kamikadze dron istifadə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Haaqa sammiti çərçivəsində Niderland parlamentində çıxışı zamanı məlumat verib.
Zelenskinin sözlərinə görə, təkcə iyun ayında Rusiya tərəfindən 2736 belə pilotsuz aparat Ukraynaya buraxılıb.
“Rusiya bunu İrandakı rejimlə əlaqələri olmasaydı, əsla bacarmazdı. Biz isə Ukraynada bu dronların əksəriyyətini vurub salmağı tərəfdaşlarımızın həmrəyliyi və dəstəyi sayəsində bacarmışıq”, – deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, Zelenski Niderland parlamentinə daxil olarkən alqışlarla qarşılanıb.
Aysel Əliyeva
Globalinfo.az