xlV13o211yWgL6npJSAUp0Z7rRxS5C5dj1HIB0gp 1200

Niderland öz vətəndaşlarının İrandan təxliyəsinə köməyə görə Azərbaycana təşəkkür edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin “X” hesabındakı paylaşımında deyilir.

“İrandan Niderland vətəndaşlarının Astara sərhəd-keçid məntəqəsi vasitəsilə təhlükəsiz tranzitinin asanlaşdırılmasında göstərdiyi davamlı dəstəyə görə Azərbaycan hakimiyyətinə səmimi minnətdarlığını bildiririk”, – paylaşımda bildirilib.

Paylaş: