Müharibənin başlayacağını pizza ilə bilmək olurmuş – İlginc / VİDEO

Müharibənin başlayacağını pizza ilə bilmək olurmuş – İlginc / VİDEO

Dünyada münaqişələri əvvəlcədən təxmin etmək üçün qeyri-adi üsullar var. Bunlardan biri də “pizza göstəricisi” kimi tanınır.

Globalinfo.az xəbər verir ki, bu barədə türkiyəli bloger Burak Manav maraqlı paylaşım edib.

O qeyd edib ki, sözügedən üsula əsasən, Pentaqonun ətrafındakı pizza restoranlarına ünvanlanan sifarişlərin sayında kəskin artım müşahidə olunursa, bu, mühüm hərbi qərarların əlaməti hesab olunur:

“Belə ki, müharibə və ya hərbi əməliyyatlar ərəfəsində Pentaqon ofislərində gecə saatlarında işıqlar sönmür, intensiv təhlükəsizlik iclasları keçirilir və işçilərə tez-tez pizza sifariş olunur. Xüsusilə İraq müharibəsi öncəsi həmin ərazidəki belə restoranlarda yüksək satışlar qeydə alınıb”.

Blogerin sözlərinə görə, bəzi jurnalistlər və analitiklər bu pizza sifarişlərinin sıxlığını izləməklə, Pentaqonda hansı qərarların müzakirə olunduğunu ehtimal etməyə çalışırlar:

“Gülməli görünsə də, bu metod bəzən əhəmiyyətli hadisələrin xəbərçisi olub”.

View this post on Instagram

A post shared by Baroot (@barootist)

Ləman Hüseynzadə
Globalinfo.az