Azərbaycandakı yəhudi dini lider son hücumlardan danışdı – ÖZƏL

Azərbaycandakı yəhudi dini lider son hücumlardan danışdı – ÖZƏL

İsrail və İran arasında artan gərginlik fonunda 13 iyun tarixi xüsusi diqqət çəkib. Bəzi dairələr bu tarixin seçilməsini təsadüfi saymır. Hətta “13” rəqəminə xüsusi simvolik mənalar yükləyirlər.

Bəs, İsrail üçün 13 rəqəmi nə dərəcədə özəl və ya mənalıdır?

Globalinfo.az-a danışan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayevin sözlərinə görə, bu məsələdə heç bir rəqəmdən söhbət gedə bilməz.

Onun fikrincə, bu günlərdə nəyisə şərh etmək yaxşı olmaz:

“Allah hər kəsə xoş günlər nəsib eləsin. Dünya belə gəlib, belə də gedəcək… 6 min ildir ki, torpaqlar bölünür. Qarabağı savaşa məruz qoyan da elə dost dediklərimiz oldu”.

Melix Yevdayev heç bir dini kitabda 13 rəqəminin uğurlu və ya uğursuz rəqəm kimi qeyd edilmədiyini bildirib:

“İstər Quranda, istər Tövratda, istərsə də İncildə müqəddəs rəqəm 7-dir. Bu səbəbdən də kiminsə 13 rəqəminin uğurlu olduğunu deməsi yanlış fikirdir”.

Zaira Akifqızı
Globalinfo.az