vuqar bayramov

“2024-cü ilin dövlət büdcəsinin gəlirlərində qeyri-neft mənbələrindən daxilolmaların 3,1 faiz artması, Azərbaycanda iqtisadi artımın getdikcə qeyri-resurs sektoruna əsaslandığını göstərir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu günkü plenar iclasında deputat Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, ötən il qeyri-neft sektorundan dövlət büdcəsinə proqnozla müqayisədə 573,4 milyon manat artıq olmaqla ümumilikdə 19 milyard 192 milyon manat vəsait daxil olub:

“Hesabatda qeyri-neft sektorundan daxilolmaların yüksək olması, ümumi daxili məhsulun (ÜDM) artım tempinin proqnozu üstələməsi ilə izah olunur. Belə ki, 2024-cü ildə ÜDM real ifadədə 4,1 faiz artaraq, nominal olaraq 121,3 milyard manat proqnoza qarşı 126,3 milyard manat təşkil edib. Yəni, əvvəlki gözləntilərlə müqayisədə iqtisadiyyatda əlavə 5 milyard manatlıq ÜDM formalaşıb. Bu, əlbəttə ki, müsbət göstəricidir və iqtisadi inkişafın göstəricisi kimi qiymətləndirilə bilər. Bu fakt, iqtisadi artımın fiskal gəlirlərə müsbət “spillover” effekti yaratdığını göstərir”

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: