630c69e05d5e9630c69e05d5ea1661757920e6eb4bf8b5ca9406c05f3fbf65fe2b79 1

Yeni tədris ilindən etibarən Azərbaycanda Türkiyənin Beynəlxalq Maarif Məktəbləri fəaliyyətə başlayacaq.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Beynəlxalq Maarif Məktəblərinin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə deyib.

O bildirib ki, bunu Azərbaycanın insan kapitalına investisiya kimi görürlər:

“Açılış mərasimi yaxın günlərdə elm və təhsil naziri Emin Əmrullayev və Türkiyədən gələn qonaqların iştirakı ilə gerçəkləşdiriləcək. 9000 kv. metrlik geniş yaşıllıq sahəni əhatə edən təhsil müəssisəsi, iki mühafizə, bir inzibati və dörd tədris binasından ibarətdir. Müəssisədə 300-350 şagirdin təhsil alması nəzərdə tutulub. Artıq şagirdlərin qeydiyyat prosesinə başlanılıb. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub”.

Səfir qeyd edib ki, Beynəlxalq Maarif Məktəbləri təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində, əsas fənnlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək:

“Məktəbdə STEAM, robotik kodlama, kompyuter laboratoriyası kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin tədrisinə xüsusi diqqət yetirilir. Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində, Türk , ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi hədəflənir. “Azərbaycan Beynəlxalq Maarif Məktəbləri”ndə (ABMM) dərslər Azərbaycan kurikulumu və Beynəlxalq Maarif tədris Proqramına əsasən həyata keçiriləcək.

Təhsil müəssisəsində Azərbaycan, xarici və Türkiyə ali təhsil müəssisələrinə müraciət zamanı imtahanlara uyğun proqramlar da təşkil olunur. Belə ki, IELTS/TOEFL/SAT kimi beynəlxalq dərəcəli sertifikat imtahanlarına uyğun dərslərin keçirilməsi əsas prioritetlərdən biri hesab olunur. Türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif olunur. Ümumilikdə isə Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olur”.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin beynəlxalq təhsilə açılan pəncərəsi olan Maarif Vəqfi tərəfindən dünyanın 67 ölkəsində 429 təhsil müəssisəsi fəaliyyət göstərir və 50 minə yaxın şagird təhsil alır.

630c6d1acc6d3630c6d1acc6d4166175874593e2017e9d5d08d1f4b9ac7853db3745 1630c6d1a861cd630c6d1a861cf1661758745d9020d9a5ca6747225528d00572ac845630c6d1a3b564630c6d1a3b56516617587454c09792c54055e285f7156e7f851980c630c6d19def84630c6d19def861661758745488d23c5fb64f5e54a970b3803a12c69630c6d193b940630c6d193b9421661758745cea938863162d4b46c9c13753336188b

Paylaş: