putin zelenski

Rusiya ilə Ukrayna arasında cəsəd savaşı başlayıb.

İddialara görə, Ukrayna Prezidenti Volodimir Zelenski cəsədlərin qəbulu nəticəsində Ukrayna Silahlı Qüvvələrinin real itkilərinin üzə çıxacağından qorxduğu üçün 6 min cəsədi Rusiyadan geri almaq istəmir. Ölkə daxilində vəziyyətin daha gərgin hala düşəcəyi gözlənir.

IMG 20241229 WA0069 e1744273965867

Əli Mustafayev

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev bildirib ki, RusiyaUkrayna arasında gedən danışıqlarda Kremlin apardığı müzakirələr sadəcə görüntü xarakteri daşıyır:

“Reallıqda isə bu danışıqlar nə atəşkəsə, nə də sülhə yönəlib. Məqsəd ABŞ və digər ölkələrin Ukraynaya göstərdiyi dəstəyin qarşısını almaqdır. Həmçinin, Ukrayna daxilində müəyyən çaxnaşma yaratmaq istəyirlər. Son danışıqlarda 6 min cəsədin Ukraynaya geri qaytarılmasının müzakirə edilməsi də məhz bununla bağlıdır. Kremlin hesablamasına görə, bu hadisə Kiyev daxilində etirazlara səbəb ola bilər. Başqa izahı yoxdur.

Lakin Ukrayna xalqı üçün planlanan bu taktiki addımın uğurlu olacağını düşünmürəm. Çünki onlar da yaxşı anlayırlar ki, uzun müddətdir müharibə davam edir və ölkə çoxsaylı itkilər verib. Rəsmi məlumatlara görə, hər iki tərəfdə təxminən bir milyona yaxın insan həyatını itirib.”

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: