“Bayaqdan hamı zəng edir: yoldayam, evə gedirəm” – Misir Mərdanovdan yayılan xəbərə REAKSİYA

“Bayaqdan hamı zəng edir: yoldayam, evə gedirəm” – Misir Mərdanovdan yayılan xəbərə REAKSİYA

“Hər şey qaydasındadır, səhhətimdə heç bir problem yoxdur”.

Bu sözləri Globalinfo.az-a sabiq təhsil naziri Misir Mərdanov xəstəxanaya yerləşdirilməsi xəbərinə reaksiya verərkən deyib.

O qeyd edib ki, sözügedən məlumata görə qohumları da narahat olub:

“Bayaqdan mənə zəng edirlər. Amma hazırda yoldayam, evə gedirəm. Vaxtaşırı həyat yoldaşımla birlikdə müayinəyə gedirik. Görünür, kimsə orada məni görüb və dərhal saytlara məlumat ötürüb. Şükür, hər şey yaxşıdır”.

Qeyd edək ki, Misir Mərdanovun xəstəxanaya yerləşdirilməsi xəbərini ilk modern.az saytı yayıb. Bildirilib ki, sabiq nazirin səhhətində problem yaranıb.

M.Mərdanov sözügedən sayta açıqlamasında “Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm” deyib.

Zaira Akifqızı
Globalinfo.az