Kolumbiyanın paytaxtı Boqotada senator və prezidentliyə namizəd Migel Uribe Turbay güllələnib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, 39 yaşlı Uribe parkda xalqa müraciət edərkən üç dəfə güllələnib:
“İkisi başına, biri isə dizinə dəyib. Hazırda onun vəziyyəti ağırdır. Siyasətçidən başqa daha iki nəfər yaralanıb”.
Hücumu 15 yaşlı yeniyetmənin həyata keçirdiyi qeyd edilir.
Kolumbiyanın müdafiə naziri Pedro Sançes hadisəni “ölkə və demokratiyaya hücum” adlandırıb.
O əlavə edib ki, yaxın vaxtlarda ordu və polis rəhbərliyi ilə görüş keçiriləcək.
Safura Bənnayeva
Globalinfo.az














