Pakistanın Xayber-Paxtunxva əyalətində qaz balonunun partlaması nəticəsində 6 nəfər ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli “Dawn” qəzeti məlumat yayıb.
Məlumatda bildirilib ki, Mərdan rayonunda baş verən partlayış nəticəsində iki mərtəbəli yaşayış binasının damı uçub. Hadisə zamanı 6 nəfər ölüb, 2 nəfər yaralanıb.
Xilasetmə işləri 7 saat davam edib. Dağıntılar altından 8 nəfər sağ çıxarılıb.