israil ordusu 2

İsrail ordusu Qəzza şəhərində “Mücahid Briqadaları” radikal qruplaşmasının komandirini öldürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilib ki, bu qruplaşmadan yaraqlı Mahmud Hamed  zərərsizləşdirilib.

Qeyd olunub ki, “Mücahid Briqadaları”ndan olan radikallar 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak edib, insanları oğurlayıb və girov tutublar.

Paylaş: