Türkiyədə zəlzələdən 324 gün sonra dağıntılar altında cəsəd tapıldı

Türkiyədə mərkəzi Kahramanmaraş olan 6 fevral zəlzələlərindən ən çox zərər çəkən bölgələrdən biri olan Hatay vilayətində təbii fəlakətdən 324 gün sonra dağıntılar altında cəsəd tapılıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Defne mahalının Sümerlər məhəlləsində qeydə alınıb.

Bildirilir ki, tapılan cəsədin yalnız sümükləri qalıb. Onun kimliyi DNT araşdırmaları ilə müəyyən ediləcək.