Без названия

Cənubi Koreyada prezident seçkilərinə start verilib.

Globalinfo.az xəbər verir ki, səhər saat 6-dan etibarən ölkə ərazisində səsvermə prosesinə başlanılıb.

Məlumata görə, Demokrat Partiyasından olan Li Jae-Myunq ictimai rəy sorğularında ardıcıl olaraq yüksək səs toplayıb. Hazırda əsas favorit hesab olunur. Onun rəqibi isə Xalqın Gücü Partiyasının namizədi olan Kim Mun-Soodur.

Yeni seçiləcək liderin çərşənbə günü vəzifəsinin icrasına başlaması nəzərdə tutulub.

Qeyd edək ki, bundan öncəki prezident ölkədə hökumətlə razılaşdırılmamış hərbi vəziyyət elan etdikdən sonra vəziyyət qarışıb. Daha sonra onun barəsində impiçment prosesi başladılıb və vəzifəsindən uzaqlaşdırılıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: