“Rusiya və Ukrayna arasında istənilən yüksək səviyyəli görüşlər yalnız hər iki ölkənin nümayəndə heyətləri arasında memorandumlar razılaşdırıldıqdan sonra baş tuta bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Görüşün potensial imkanları ilə bağlı mövqedə heç bir dəyişiklik yoxdur. Tezliklə memorandumlar layihəsi açıqlanacaq və danışıqların növbəti mərhələsi müzakirə olunacaq”, – o bildirib.
Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar olub.
Əliyar Xəlil
Globalinfo.az