Rusiyanın agentləri Xankəndidə hərəkətə keçdilər – Həlledici siqnal

Vardanyanla Arutyunyan arasında Qarabağda baş verən gərginliyin detalları ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, Araik Arutyunyan tərəfdarları ilə müzakirə zamanı Qarabağdakı qüvvələr balansının yenidən müəyyənləşdirilməli olduğunu bildirərək, guya yeni seçkinin keçirilməsi təklifi ilə çıxış edib. Qəzet Arutyunyanın “istefa” verəcəyi təqdirdə Vardanyanın da onunla birgə “vəzifə”sindən ayrılmalı olacağını yazıb.

“Mənbəmizə görə, əsas həlledici siqnal Rusiyadan oldu. Onlar Qarabağdakı “hakimiyyət”ə sülhməramlıların dinc və təhlükəsiz “seçki” keçirilməsini təmin edə bilməyəcəklərini deyiblər. Ona görə də bu addımdan vaz keçilməsi məsləhət görülüb. Bundan sonra Xankəndinin fikri dəyişib”, – “Hraparak” bildirib.