1665860925 gyrhut

Məhkəmə türkiyəli məşhur aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu ilə bağlı yekun qərar çıxarıb.

Globalinfo.az xəbər verir ki, məşhur menecer Ayşe Barım barəsində “Gezi parkı” hadisələrinə görə başladılan cinayət işi çərçivəsində istintaqa cəlb edilən aktyorlar yalan ifadə verməkdə ittiham olunublar.

H.Ergençe 1 il 10 ay 15 gün, R.Kocaoğluna isə 1 il 8 ay həbs cəzası verilib.

Məlumata görə, onlar qərardan sonra şərti azadlığa buraxılıblar.

Qeyd edək ki, H.Ergenç “Muhteşem yüzyıl”, “Binbir gece” kimi seriallarda canlandırdığı obrazlarla tanınır. R.Kocaoğlu da “Çukur”, “İçerde”, “Yaxşı adamın 10 günü” kimi ekran işləri ilə populyarlıq qazanıb.

halit ergenc ve riza kocaogluna hapis cezasi jv2c

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: