Yoxlamadan sonra işdən çıxarılan müdirin yerinə təyinat

Yoxlamadan sonra işdən çıxarılan müdirin yerinə təyinat

Bu ilin fevralında nəzarət-yoxlama tədbirləri nəticəsində Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad olunan Xəyal Məmmədovun yerinə təyinat olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Əmr imzalayıb.

Əmrə əsasən, Goranboy-Naftalan təhsil sektorunun müdiri vəzifəsinə Vüsal Cəfərov təyin olunub. V.Cəfərov buna qədər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon təhsil sektorunun müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Goranboy-Naftalan təhsil sektoruna müdiri vəzifəsini Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Əli Cəfərov icra edirdi.