Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan Ukrayna Prezidenti Vladimir Zelenski azı 12 sui-qəsd cəhdindən sağ çıxıb. Onlardan bəzilərinin qarşısı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatları sayəsində alınıb.
Globalinfo.az APA-a istinadla bildirir ki, bu barədə “The Independent” məlumat yayıb.
Publisist Kris Vippl “Bir ömür boyu mübarizə: Co Baydenin Ağ Evinin İçində” kitabında MKİ-nin rəhbəri Uilyam Börnsün Ukraynaya müharibədən əvvəl gizli səfərə getdiyini iddia edir. O, ABŞ Prezidenti Co Bayden tərəfindən Zelenskiyə “rusların sui-qəsdlərinin dəqiq təfərrüatlarını” çatdırmağı tapşırıb.
“Bu, Zelenskinin diqqətini çəkdi, o, bu xəbərdən məəttəl qaldı və heyrətləndi”, – “İndepent” kitabdan sitat gətirib.
Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatı sayəsində azı iki sui-qəsd cəhdi uğursuzluqla nəticələnib.