ABŞ Prezidenti Donald Tramp Katolik Kilsəsinin yeni başçısı seçilmiş amerikalı kardinallardan biri – Papa XIV Levi təbrik edib. O, bu tarixi hadisəni ölkəsi üçün böyük fəxarət adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Bu nə böyük həyəcan, nə böyük şərəfdir ölkəmiz üçün?! Papa XIV Lev ilə görüşü səbirsizliklə gözləyirəm. Bu, çox mənalı bir an olacaq!” – deyə Tramp bəyan edib.
Qeyd edək ki, Robert Frensis Prevost Çikaqoda anadan olub və Papa XIV Lev adı ilə Katolik Kilsəsinin ilk amerikalı lideri kimi tarixə düşüb.
Aysel Əliyeva
Globalinfo.az