83efb891 e2ab 47a6 9189 b899c2bbe4fc

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Çinin Yer kürəsinin öz oxu ətrafında fırlanmasını yavaşlatdığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, NASA nəticədə günlərin uzandığını bildirib.

Məlumata görə, bir günün müddəti 0,06 mikrosaniyə uzanıb. Yerin oxu isə Çinin məşhur Üç dərə bəndi vasitəsilə təxminən 2 sm dəyişib.

Alimlərin hesablamalarına görə, bənddəki suyun nəhəng həcmi planetin kütləsinin paylanmasını dəyişərək onun ətalət momentini artırıb.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: