242f49c8 0199 4dfb ecc9 08dd4a81f35f w1080 h608 s 1

“Ukrayna Prezidenti Volodimir Zelenski müvəqqəti atəşkəs və ABŞ Prezidenti Donald Trampın sülh planı ilə razılaşıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Romada Papa Fransisklə vida mərasimi arasındakı fasilələr zamanı keçirilən danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin mənbəsi bildirib.

“Zelenski şəraitin təzyiqi altında plana razılıq verdi. O bildirdi ki, Ukraynadakı münaqişənin həlli üçün əsas olmalıdır. Müvəqqəti atəşkəsin isə gələn həftə qüvvəyə minməsi gözlənilir”, – argumenti.ru yazıb.

Qeyd edək ki, aprelin 26-da Vatikanda Tramp və Zelenski arasında görüş baş tutub.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: