ermeni ordusu uz foto

2024-cü ildə Ermənistan ordusunun 27 hərbi qulluqçusu xidməti şəraitdə həlak olub. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş Prokuroru Anna Vardapetyan açıqlayıb.

O bu rəqəmin 2023-cü ildə 54 olduğunu söyləyib.

“2024-cü ildə orduda ümumilikdə 2093 hadisə qeydə alınıb. Bunlardan 762-si bədbəxt hadisə, 1331-i isə cinayət əməlləridir. 715 hadisə müxtəlif səbəblərdən baş verib”, – Vardapetyan bildirib.

Qeyd edək ki, Ermənistan ordusunda ard-arda baş verən intiharlar xüsusi diqqət çəkib. Özünə qəsd edənlərin əksəriyyətinin qumar borcu olduğu ortaya çıxıb. Həmçinin ordu daxilində psixoloji və fiziki şiddət hallarının artdığı deyilir.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: