son dakika bahceli istanbulun bir numarali gundemi deprem olmalidir 3j17

Türkiyənin Milliyyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ ilə bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, o, hazırda İstanbulun bir nömrəli gündəmi məhz zəlzələ olmalıdır.

O qeyd edib ki, zəlzələ Türkiyənin coğrafiyası nəzərə alınaraq, gözardı edilməyəcək təhlükədir və bunun üçün də gələcəyə dair planlarda müvafiq tədbirlər görməkdən başqa seçim yoxdur.

 

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: