Rusiyalı bloger və iş xanımı Ayza-Liluna Papa Fransiskin ölümünə görə dünyanın sonuna hazırlıq görür.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Teleqram hesabında paylaşım edib.
Bloger Fransiskin “sonuncu Papa” olduğunu düşünür.
O, dünyanın sonunun 2027-ci ildə gələcəyinə inandığını deyib.
Şərhlərdə Ayzanın bir çox abunəçisi məlumatı “ağlasığmaz” adlandırıb.
Qeyd edək ki, Roma Papası Fransisk uzun sürən xəstəlikdən sonra aprelin 21-də 88 yaşında vəfat edib.
Günay Rəsulqızı
Globalinfo.az














