Fevralın 14-də Bakı Konqres Mərkəzində məşhur türk ifaçısı Sərtab Erener konsert proqramı ilə çıxış edəcək.
Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, sevilən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.
Qeyd edək ki, Türkiyənin güclü səsi Sərtab Erener 2003-cü ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “Everyway that i can” mahnısı ilə birinci yerə çıxaraq qalib olub. Həmçinin o, 2012-ci ildə “Türk klassik musiqisinin ən yaxşı qadın solisti” nominasiyasında “Altın Kelebek” mükafatı ilə təltif edilib.
Əlavə edək ki, biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.














