TTJZB4VBORJA5ANQKQKS527HEM

Tramp administrasiyası ABŞ-ın NATO Hərbi Komitəsindəki nümayəndəsini vəzifədən azad edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkənin NATO Hərbi Komitəsindəki nümayəndəsi, vitse-admiral Şoşana Çetfildi vəzifəsindən azad edib. Agentliyin üç müxtəlif mənbədən əldə etdiyi məlumata əsasən, ABŞ-ın NATO üzrə müttəfiqləri artıq Çetfildin postunu tərk etməsi ilə bağlı rəsmi şəkildə məlumatlandırılıblar.

Qərarla bağlı Pentaqon hələlik rəsmi açıqlama verməyib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: