Qaraçuxurda manyak peyda olub? – Polis ifadəsini aldı

Qaraçuxurda manyak peyda olub? - Polis ifadəsini aldı

Bakıda məktəb yaxınlığında azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi iddia edilən şəxs polisə çağırılıb.

Globalinfo.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Lent.az-a bildirib ki, sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətlərilə bağlı ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.

Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib.

Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər.

***11:39

Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxsin yeniyetmə qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi iddia edilir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, son günlərdə həmin şəxsin qəsəbə ərazisində 2 məktəbli qıza yaxınlaşaraq xoşagəlməz hərəkətlər etməsi qeyd olunub. Artıq yeniyetmələrin yaxınları məsələ ilə bağlı polisə müraciət ediblər.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı polisə müraciət daxil olub: “Hazırda müraciətlə bağlı araşdırmalar aparılır”.