Avropa İttifaqı Ukraynaya yeni yardım ayırır

Avropa İttifaqı Ukraynaya yeni yardım ayırır

Ukrayna Avropa İttifaqından 16,7 milyon avro maliyyə dəstəyi alacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “BBC”nin Rusiya bürosu məlumat yayıb.

Bu vəsait üç il müddətinə nəzərdə tutulan “Ukraine2EU” proqramı çərçivəsində ayrılacaq. Layihə Ukraynanın Aİ-yə üzvlük yolunda islahatlar aparan dövlət qurumlarına strateji və ekspert dəstəyi göstərməyi hədəfləyir.

Aysel Əliyeva
Globalinfo.az