AA 20250324 37435312 37435310 CUMHURBASKANI ERDOGAN KABINE TOPLANTISININ ARDINDAN ACIKLAMALARDA BULUNDU scaled
Türkiyədə davam edən zorakılıq dalğasına görə məsuliyyəti müxalif Cümhuriyyət Xalq Partiyası və onun sədri Özgür Özəl daşıyır.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.

Aksiyalar zamanı 123 polis əməkdaşı yaralanmasına diqqət çəkən Türkiyə Prezidenti baş verənlərin iqtisadiyyatda süni dalğalanmalara səbəb olduğunu da vurğulayıb.

“Təəssüf ki, müxalifət partiyalarının liderləri şüursuzluğun bariz nümunəsini nümayiş etdirdilər. Korrupsiya, soyğunçuluq və rüşvətxorluq ittihamlarına cavab vermək əvəzinə, beş gün ərzində qanunsuz bəyanatlar veriblər. Polis əməkdaşlarının yaralanmasına, şüşələri sındırılan mağaza sahiblərinə, dövlət əmlakına milyardlarla lirə dəyərində ziyana görə bütün məsuliyyəti xalqı küçələrə çıxaran partiya sədri və tərəfdarları daşıyır. Bütün bunlara parlamentdə baxılacaq və bununla bağlı hüquqi hesabatlar məhkəməyə təqdim olunacaq”, – Ərdoğan qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: