Əminəm ki, Tramp hakimiyyətə qayıtsa… – Stoltenberq

“Əminəm ki, Donald Tramp hakimiyyətə dönsə də, ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Britaniyanın “Sky Nyus” televiziyasına müsahibəsində NATO baş katibi Yens Stoltenberq deyib.

“Tamamilə əminəm ki, avropalı müttəfiqlər kimi, ABŞ da Ukraynanı dəstəkləməyə davam edəcək. Ona görə ki bu bizim təhlükəsizlik sferasındakı maraqlarımızla üst-üstə düşür. Mən gözləyirəm ki, ABŞ bunu seçkinin nəticəsindən asılı olmayaraq, etməyə davam edəcək”, – o bildirib.

Stoltenberqin sözlərinə görə, Rusiyanın Ukrayna müharibəsində qələbəsi Kiyev üçün faciə olacaq.

Qeyd edək ki, Trampın hakimiyyətə gələcəyi təqdirdə ABŞ-ın Ukraynaya yardımının azaldılacağı güman edilir.

Əliyar Xəlil
Globalinfo.az