Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Danimarka XİN başçısının Ukraynaya hərbçi göndərmək barədə açıqlamasına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Zaxarova teleqram kanalında paylaşım edib.
“Çox üzr istəyirəm, bəs Qrenlandiyanı kim qoruyacaq? Yəqin ki, Ukraynadan Danimarkaya gələn qaçqınlar”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ-a birləşdirilməsi barədə bəyanatlarla çıxış edib. Bu, baş vermədiyi təqdirdə Danimarkanı yüksək gömrük rüsumları tətbiq etməklə hədələyib.
Aysel Əliyeva
Globalinfo.az














