“ABŞ hökumətinin Ukrayna müharibəsi ilə bağlı davranışı Rusiya siyasətçiləri ilə görüşdən sonra dəyişib”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik üzrə Ali nümayəndəsi Kaya Kallas deyib.
“Biz yeni ABŞ administrasiyası ilə birgə Ukraynanın dəstəklənməsi üçün qətnamə layihəsi hazırladıq. Lakin ruslarla görüşdən sonra onların davranışı dəyişdi”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ ilə Rusiya arasında danışıqlar prosesi başlayıb. Aİ isə buna etiraz edərək danışıqlarda yer almağı istəyib.
Əliyar Xəlil
Globalinfo.az














