Bu gün axşam saatlarından yağan qar nəticəsində Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda hərəkət qismən çətinləşib.
Globalinfo.az xəbər verir ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar Göygöl RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.
Hazırda Bununla əlaqədar RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində mütəmadi xidmət apararaq, sürücü və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görür.
Göygöl rayon sakinlərindən, xüsusi ilə dağ kəndlərində yaşayanlardan xahiş olunub ki, mümkün qədər yaşayış yerlərini tərk etməsinlər, nəqliyyat vasitəsi idarə edənlər isə ara məsafə, minimal sürət və digər zəruri tədbirlərə riayət etsinlər.














