67b1f3ace414167b1f3ace4142173971550067b1f3ace413f67b1f3ace4140

Xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində Serbiya Sarayında bu ölkənin Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib.

Xarici İşlər Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç tərəfindən təşkil edilmiş mərasimdə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə çıxış edən Ceyhun Bayramov Azərbaycan və Serbiya Prezidentlərinin rəhbərliyi ilə Azərbaycan-Serbiya strateji tərəfdaşlığının daha da genişlənəcəyinə əmin olduğunu bildirib.

Strateji tərəfdaşlığımızın inkişafında ali və yüksək səviyyəli təmasların, mövcud dostluq münasibətlərinin, habelə bütün platformalar çərçivəsində göstərilən qeyd-şərtsiz dəstəyin əhəmiyyəti qeyd olunub.

IMG 20250216 191250 676 IMG 20250216 191250 809 IMG 20250216 191250 870

Paylaş: