67af84322620167af843226202173955589067af8432261ff67af843226200

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində serbiyalı həmkarı Marko Curiç ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN sosial şəbəkə hesabında paylaşım edib.

Tərəflər Azərbaycan-Serbiya strateji tərəfdaşlığının müxtəlif aspektləri, regional və beynəlxalq formatlarda çoxtərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Paylaş: