Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən iki il ötür.
Globalinfo.az xatırladır ki, 2023-cü ildə ard-arda baş verən zəlzələlərin gücü 7,7 və 7,6 maqnitudada olub.
Təbii fəlakət zamanı 53537 nəfər həlak olub, 107213 nəfər isə müxtəlif xəsarətlər alıb.
Yeraltı təkanlarda 39 minə yaxın bina dağılıb.
Həyatını itirənlər arasında 4 nəfər azərbaycanlı tələbə də olub.
Aysel Əliyeva
Globalinfo.az














