“Almaniya müdafiə üçün xərclərini artırmalıdır”.
Globalinfo.az xəbər verir ki, bu xəbərdarlığı NATO baş katibi Mark Rütter edib.
Onun sözlərinə görə, Almaniya daha çox xərcləməli və daha çox istehsal etməlidir. O bunu Rusiyadan gələn təhdidlə əlaqələndirib:
“Siz açıq deyirəm: müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur”.
O həmçinin hazırda təhdidin təkcə Rusiya yox, Çindən də gəldiyini bildirib:
“Almaniya iqtisadiyyatının həcminə baxanda biz, əlbəttə, istəyirik ki, o daha çox eləsin. Almaniyanın fantastik müdafiə müəssisələri və innovasiya potensialı var. Biz yaxın aylarda qərar verəcəyik ki, müdafiə sahəsinə nə qədər xərcləməliyik. Sizi əmin edə bilərəm ki, bunu ÜDM-nin 2%-dən daha çox olacaq”.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin müdafiə xərclərini ÜDM-nin 5%-nə çatdırması gərəkdiyini açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az