“Gənc müğənni Ayla Şiriyevanın beli qırılıb”.
Globalinfo.az ARB TV-yə istinadən məlumat verir ki, bu barədə aparıcı Elgiz Əkbər verilişində danışıb.
O bildirib ki, Aylanın vəziyyəti kritikdir:
“Ayla Şahdağdan qayıdarkən ağır qəzaya düşüb. Onun beli qırılıb. Evin tək övladıdır. Hazırda çox ağır vəziyyətdə reanimasiyadadır”.
***16:12
“Ayla Şiriyevanın (Aila Rai) səhhəti yaxşıdır, həyati təhlükəsi yoxdur, əməliyyat uğurlu keçib”.
Globalinfo.az bildirir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında gənc müğənni Ayla Şiriyevanın prodüseri Aytən Əliyeva deyib.
O əlavə edib ki, A.Şiriyeva hazırda özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib:
“Aidə xanım xəsarət alıb, əməliyyat keçirib. Amma vəziyyətinin ağır olması ilə bağlı yayılan məlumatlar yanlışdır”.
Xatırladaq ki, ötən gün Bakı-Quba magistral avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 90-ZD-873 dövlət qeydiyyat nişanlı “KIA Sportage”i idarə edən qadın sürücü avtomobili aşırıb. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Həmin qəzanın iştirakçılarından biri də A.Şiriyeva olub.
***15:10
Gənc müğənni Aila Rai vəziyyəti ağırdır.
Globalinfo.az bildirir ki, bu barədə “Primetime”a özəl məlumat daxil olub. Qeyd olunub ki, sənətçi dostları ilə birgə ötən gün Şahdağdan qayıdarkən ağır yol qazasını keçirib. Sumqayıt Tibb Mərkəzində reanimasiya şöbəsinə yerləşən ifaçı bu gün Baku Hospital Klinikasına köçürülüb.
Onun vəziyyətini kritik olduğu qeyd olunub.