Nəsimi RPİ 21-ci Polis Bölməsinə dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.
Bu barədə Globalinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.
Qeyd edək ki, “Qafqazinfo” pul oğurlanan avtomobilin tanınmış müğənni Nəfəsə məxsus olduğunu bildirib.














