marutyan

İrəvanın keçmiş meri Ayk Marutyan hazırkı mer Tiqran Avinyanın ictimai nəqliyyatda bir gediş üçün biletin qiymətinin 150 dram olacağı barədə bəyanatını şərh edib.

Globalinfo.az xəbər verir ki, Marutyan xalqın bu təklifi boykot edəcəyini deyib.

“Xalqın tələbi və boykotu qüvvədə qalır. Gediş haqqı bir səfər üçün 100 dram olmalıdır. Onların qərarlarında heç bir normal hesablama yoxdur. Məqsəd yalnız xalqı soymaqdır. Bu hələ son deyil, Onlar deyirlər ki, 2025-ci ilin sonuna kimi qiymət qüvvədə olacaq, sonra yenidən qalxacaq. Nəzərinizə çatdırım ki, camaatın tələbi bir gediş üçün 150 dram deyil, 100 dramdır. Bu tələb və boykot qüvvədə qalır”, – Marutyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: