8bc73881 49a0 364d b339 4062ecc0dbb6 850

Bakı şəhəri, Nərimanov rayonunda Ağa Nemətulla küçəsinin Çaykovski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sosial şəbəkədə məlumat yayıb.

“Nərimanov rayonu, Ağa Nemətulla küçəsinin Çaykovski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib. Ağa Nemətulla – Çaykovski – Orucəliyev küçələri istiqamətində sürücülər sağa hərəkət edərək Heydər Əliyev prospektinə çıxa bilərlər”, – agentliyin paylaşımında qeyd olunub.

Xatırladaq ki, daha əvvəl agentlik 62, 217 və 569 nömrəli avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən etdiyini açıqlamışdı.

 

Paylaş: