1678173399 7cd0032f5497cd59712dcdb18d08325c1604134582 bashekim jpg

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanovun imzaladığı müvafiq əmrlə Əfsələddin Buqayev “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bu vəzifəni tutan Tamara Fəxrəddin qızı Nurəliyeva bu gün işdən çıxarılıb.

Əfsələddin Buqayev isə bu təyinata qədər “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini vəzifəsində çalışıb.

1258963

Paylaş: