Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur

Bu gün səhər saatlarından etibarən günün sonuna qədər güclü maqnit qasırğası müşahidə olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Creativestar” Teleqram kanalı məlumat yayıb.

Məlumatda qeyd qeyd edilib ki, mütəxəssislər bununla əlaqədar meteohəssas insanların əhval dəyişikliyi, baş ağrısı və zəiflik hiss edə biləcəklərini bildirib.

Qeyd olunur ki, maqnit qasırğasının əsas zirvəsi günün birinci yarısında olub, axşama yaxın aktivlik səngiyəcək.