agamir esir1


Ağamir Əzimovun imzaladığı müqavilədə pul qarşılığında müharibəyə getməsi haqda heç bir bənd yoxdur.

Globalinfo.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Ağamir Əzimovun anası Sevinc Hüseynova deyib.

O bildirib ki, sosial şəbəkələrdə oğlunun pul müqabilində döyüşə getməsi ilə bağlı şayiələr yayılır:

“Bu, doğru deyil. Biz həmin müqavilənin imzalandığı yeri tapdıq. Müqavilədən də məlumdur ki, oğlum döyüşə ödəniş almadan, məcburi aparılıb. Sözügedən sənəd isə hazırda oğlumun həyat yoldaşındadır”.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Ağamir Əzimov Rusiyada miqrantlara qarşı əməliyyat zamanı saxlanılıb və məcburi qaydada Ukrayna müharibəsinə göndərilib. Bu yaxınlarda isə əsir düşüb.

O, Rusiya vətəndaşıdır.

IMG 20250115 004033 157

Paylaş: