“Mələklər şəhəri”ni hansı şeytan yandırdı? – Los Ancelesin küllərindən işaran tükürpərdən gerçəklər 

“Mələklər şəhəri”ni hansı şeytan yandırdı? – Los Ancelesin küllərindən işaran tükürpərdən gerçəklər 

Amerikanın Kaliforniya ştatında yanvarın 7-də başlayan yanğın davam edir. Yanğının tüğyan etdiyi Los Anceles şəhərində fəsadlar daha çoxdur. Baş verən hadisə nəticəsində bir çox Hollivud ulduzunun, iş adamlarının, xarici vətəndaşların villaları yanıb kül olub. 

Bundan başqa, qəribə detallar üzə çıxıb. Belə ki, iddialara görə, sığorta şirkətləri yanğından 3 ay öncə yanğınla bağlı sığorta ödənişlərini dayandırıblar. Bu şəhərdə bahalı villalar yəqin ki, yüksək məbləğdə sığortalanıb.

Belə hallarda sığorta şirkətləri ödəniş etməlidirmi? Edəcəksə, o qədər vəsaiti ödəmək imkanına malikdirmi?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov deyib ki, ABŞ-ın əhali sayına görə ikinci şəhəri, Kaloforniya ştatının isə birincisi olan “Mələklər şəhəri” adlanan Los Ancelesdə yanğını söndürmək mümkün deyil.

Onun sözlərinə görə, 3.8 milyondan artıq əhalisi olan bu şəhər yaşıl təbiətin qoynunda yerləşir:

“Mələklər şəhəri”ni hansı şeytan yandırdı? – Los Ancelesin küllərindən işaran tükürpərdən gerçəklər 

Elçin Qurbanov

“Yanğının tamamilə söndürülməsinə çətinlik yaradan amil kimi ara-sıra əsən güclü küləyin olması göstərilir. ABŞ tarixinin ən böyük təbii fəlakətlərindən biri kimi qeyd olunan yanğının təhlükəsi səbəbindən 150 mindən çox əhalinin evokuasiyasına başlanılıb. 160 mindən çox böyük çadırlar quraşdırılıb. Məhdud hərəkət rejimi tətbiq olunur. Belə bir təsəvvür yaranır ki, dünyanın super dövləti də yanğın fəlakətinin qarşısını almaqda çətinlik çəkir. Artıq 10 mindən çox ev və təsərrüfat tamamilə məhv olub, bir neçə şəxs həyatını itirib. Əlbəttə, bu şəhər yalnız bahalı villalardan ibarət deyildi. Qiymətlərin yüksək olması yaşayış komplekslərinin yerləşdiyi məkana çox bağlıdır. Məsələ ondadır ki, o regionda risklərin olduğu barədə əvvəlcədən məlumatlar olub və konkret risk tədbirləri də görülüb. Belə ki, rəsmi məlumatlara görə, risklərin yüksək olması səbəbindən sığorta təşkilatının fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə ötən ilin iyul ayında “State Farm General” sığorta şirkəti 72 min müştəri ilə razılaşmalarını pozduğunu elan edib. Şirkət qeyd edib ki, təxminən 30 min ev və iş yerini, həmçinin 42 min yaşayış kompleksini əhatə edən sığorta polisi (sığorta müqaviləsini müəyyənləşdirən sənəd) yenilənməyəcək. Bu o deməkdir ki, hadisə barədə əvvəlcədən gözləntilər və ya risklər yüksək səviyyədə olub”.

“Mələklər şəhəri”ni hansı şeytan yandırdı? – Los Ancelesin küllərindən işaran tükürpərdən gerçəklər 

İqtisadçı “Financial Times” qəzetinə istinadən deyib ki, Kaliforniyada tüğyan edən meşə yanğınları səbəbindən sığorta şirkətlərinin itkiləri 20 milyard dollara çata bilər:

“Hadisə nəticəsində gündəlik genişlənən zərərin ümumi həcmi isə 50 milyard dollar qiymətləndirilib. Bu cür hallarda sığorta şirkətləri ödəniş etməlidirlərmi sualına gəlincə, əlbəttə etməlidirlər. Daşınmaz əmlakın sığortası əmlaka təbii fəlakət, yanğın və başqa hadisələr nəticəsində dəymiş zərərin qarşılanması məqsədi daşıyır. Şübhəsiz ki, bir sıra hallarda müqavilə şərtləri fərqli öhdəliklər də müəyyən edə bilər. Məlumat üçün qeyd edim ki, sığorta fəaliyyətinin məzmunu yalnız sığorta yığımlarının təşkili və sığorta hadisəsinin qarşılanmasından ibarət deyil. Gəlirləri isə yalnız sığorta ödənişlərindən ibarət deyil. Sığorta təşkilatları adətən digər maliyyə institutları ilə qarşılıqlı fəaliyyət göstərirlər. Fondun vəsaitləri daim dövriyyədə olur. Ona görə də sığorta təşkilatlarının əsas gəlirləri faiz gəlirlərindən ibarətdir. Sözügedən hallarda sığorta təşkilatı tərəfindən sığorta hadisəsi şirkətin aktivləri hesabına, dövlət dəstəyi, dotasiya, güzəştlərin tətbiqi şəklində qarşılana bilər. Amerika hökuməti bütün hallarda vətəndaşlarının yanındadır. Bildiyimə görə, hadisənin nəticələrinin aradan qaldırılması üçün yerli büdcənin maliyyə və texniki imkanları da səfərbər ediləcək. Zərurət yarandığı təqdirdə dövlət büdcəsindən də müvafiq qaydada yardımların ayrılması istisna olunmur”.

“Mələklər şəhəri”ni hansı şeytan yandırdı? – Los Ancelesin küllərindən işaran tükürpərdən gerçəklər 

Zaira Akifqızı

Globalinfo.az