rusiya xin ela

“Rusiya NATO ölkələrinə hücum etməyə hazırlaşmır və belə aqressiv planı yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa Məsələləri Departamentinin direktoru Vladislav Maslennikov deyib.

“Hazırda NATO ölkəmizə qarşı birmənalı kurs götürüb. Bu bütün sferalarda və bütün azimutlarda baş verir. Rusiya heç vaxt NATO ilə münasibətlərin pisləşməsinə çalışmayıb. Onların deqradasiyasının günahı yalnız alyansın üzərindədir. Biz NATO ölkələrinə hücum etməyə hazırlaşmırıq, belə planlar da qurmuruq”, – o bildirib.

Maslennikov sözlərinə görə, Rusiya ilə normal kontakt mexanizmlərindən məhz NATO imtina edib:

“Bu bizim seçim deyildi. 2014-cü ildə birmənalı qaydada NATO üzvləri Rusiya-NATO Şurasında əməkdaşlıqdan imtina etdilər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: